20 İyul, 2019
Nərimanovda iki ev yanıb

Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Simsar.az - a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 30 m² sahədə və 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 110 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!