8 İyun, 2011
İki alim televiziyanın dilini yoxlayır

Monitorinqlər davam edir

Simsar.az-ın məlumata görə,  Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli  jurnalistlərə açıqlamasında bildirib ki, xəbər proqramlarının monitorinqi artıq başa çatıb, hazırda şou verilişlərinin dili üzərində monitorinqlər aparılır. Bundan sonra isə dublyajla bağlı monitorinqlər aparılacaq: “Monitorinqlər tam başa çatandan sonra nəticələr açıqlanacaq. Xəbərlər üzrə monitorinqlərdə ciddi irada səbəb olacaq nöqsanlar qeydə alınmayıb”.


Qeyd edək ki, monitorinqləri Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun iki alimi aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!