19 İyul, 2019
Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkənin Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb. İmzalanan sərəncamla səfir Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstan, Pakistan və Türkiyədəki səfiri vəzifəsində çalışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!