18 İyul, 2019
Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaradıb

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub. Hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub. Hazırda həmin yolda böyük tıxac var.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!