16 İyul, 2019
Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.FHN-nin verdiyi xəbərə görə, İ. Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!