16 İyul, 2019
İtkin düşmüş qız tapıldı

Bakıda itkin düşmüş 17 yaşlı qız tapılıb. İyulun 12-də 23-cü Polis Şöbəsinə Nizami rayon Keşlə qəsəbə sakini, 2002-ci təvəllüdlü Fatimə Cabbarovanın itkin düşməsi ilə bağlı məlumat daxil olub. İyulun 13-də 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş F. Cabbarova Nəsimi rayonu, Cavadxan küçəsi 54 ünvanında tapılaraq ailəsinə təhvil verilib.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!