16 İyul, 2019
9 ton narkotik bitki məhv edilib - ZAQATALADA

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Simsar.az - a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!