16 İyul, 2019
Təhsil naziri əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!