15 İyul, 2019
Nardaranda silah aşkarlanıb

Nardaran sakininin evindən sənədsiz tüfəng tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Z.Həsənova məxsus həyətyanı sahəyə baxış zamanı torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng aşkar edilərək götürülüb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!