8 İyun, 2011
2 MILYONLUQ YENI MEDIA LAYIHƏSİ

«Frontline Club”unu fondlar dəstəkləyəcəkmi?  

Azərbaycanda 2 milyonluq media layihəsi hazırlanır.  
“Frontline Club” adlı layihə dəstək qazanmaq üçün bir neçə fonda təqdim olunub.

«Yeni Nəsil» Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyi tərəfindən hazırlanan bu layihənin ərsəyə gəlməsində SOROS Fondu İdarə Heyətinin rəhbəri, «Turan» İA-in direktoru Mehman Əliyev də iştirak edib.

Bu barədə məlumat verən «Bizim Yol» qəzeti məsələ ilə bağlı M.Əliyevin mövqeyini öyrənib.

M.Əliyevin sözlərinə görə, söhbət Azərbaycanda jurnalistlərin hansısa bir platformada yaxınlaşması, həmrəylik göstərməsi, yəni jurnalist təbəqəsinin özünü hiss etməsi probleminə diqqət yönləndirməkdən gedir.

“Yeni Nəsil”in JB-nin sədri Arif Əliyev də məlumatı təsdiqləyib: «Hələlik söhbət qrantdan və ya onun alınmasından getmir. İndilikdə söhbət bunun üçün şəraitin yaradılmasından gedə bilər. Ola bilsin ki, biz bunu yaxın vaxtlarda yekunlaşdırıb, hərəkat fazasına keçirəcəyik. Bu zaman onun toplantı zalı, informasiya resurs zalı, kafesi nəzərdə tutulur. Ancaq Mehman Əliyevin və ya Arif Əliyevin restoran açıb qazanmaq niyyəti olsaydı, bunu gömürük işçiləri üçün açardı, jurnalist yazıqda nə pul var ki, onun üçün restoran açıb pul qazanasan».

RAMİL



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!