12 İyul, 2019
Bakı metrosunda qatarda problem yaranıb

Bakı metrosunda qatarda problem yaranıb. Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisə bu gün səhər saat 07:59-da "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda baş verib:

"İnşaatçılar" stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Problem aradan qaldırılıb və qatar xətt üzrə hərəkətini davam etdirib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5 dəqiqə gecikmə yaranıb".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!