11 İyul, 2019
Azərbaycanda həkimlərin əməkhaqqı gələn ildən artırılacaq

“Azərbaycanda həkimlərin əməkhaqqı gələn ildən artırılacaq”.  Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq: “Biz bunu pilot layihə zamanı da tətbiq etmişdik. İki hissə ondan ibarətdir ki, həkimin aldığı əməkhaqqı sabit olacaq və onun göstərdiyi fəaliyyətə görə əməkhaqqına əlavələr olacaq”.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!