8 İyun, 2011
Bu, Mübarəkin heykəli deyil-FOTO

Misir diktatorunun xanımının adı məktəbdən götürüldü  

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin Xırdalan şəhərində olan Misir-Azərbaycan dostluğu parkındakı heykəli şəkildə gördüyünüz heykəllə əvəzlənib. 

“Yeni Müsavat” qəzetinin əməkdaşı qədim Misiri simvolizə edən abidənin şəklini lentə alıb.

Xırdalan şəhər icra hakimiyyəti nümayəndəsinin müavini Zakir Həsənov jurnalistlərə verdiyi açıqlamada deyib ki, Hüsnü Mübarəkin xanımı Süsən Mübarəkin adı da şəhərdəki 9 saylı orta məktəbdən götürülüb.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!