10 İyul, 2019
Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə yanğın olub.  Fövqəladə Hallar Nazirliyinin saytının  məlumatına görə, rayonun Poladlı kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!