9 İyul, 2019
Sevgilisini şantaj edən şəxsə 3,3 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə prokuror təqsirləndirilən şəxsin 6 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə hökmü elan olunub.

Hökmə əsasən, D.Gəncaliyev 3 il 3 ay azadlıqdan məhrum edilib. İttihama görə, D.Gəncaliyev bir qadınla tanış olub. Bir müddət sevgili kimi görüşəndən sonra D.Gəncaliyev qadına hədə-qorxu gələrək pul tələb edib. Zərərçəkənin şikayəti əsasında D.Gəncaliyev həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!