9 İyul, 2019
Nazirlik bayrağımızı "fotoşop"la "yox etdi" - FOTO

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb. Yeniavaz.com xəbər verir ki, görüş zamanı Azərbaycan nümayəndə heyətinin qarşısında olan dövlət bayrağı tərsinə asılıb. Bayrağımızdakı mavi rənglə yaşıl rəngin yeri dəyişik düşüb.

Maraqlıdır ki, nə görüş ərzində, nə də görüşdən sonra bu səhv heç kimin diqqətini cəlb etməyib. Yalnız bu barədə məlumat mətbuatda və sosial şəbəkələrdə paylaşıldıqdan sonra nazirliyin rəsmi saytındakı fotoda "Fotoşop" vasitəsilə dəyişiklik edilərək bayraqlar "yox edilib".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!