9 İyul, 2019
Bakıda polis avtomobili qəza törədib

Bakıda Növbətçi Hissəyə aid polis avtomobili qəza törədib. Hadisə paytaxtın Əlövsət Quliyev küçəsində qeydə alınıb. Belə ki, Təbriz Xəlilbəyli küçəsindən Əlövsət Quliyev küçəsi istiqamətində hərəkət edən polis avtomobili qarşı tərəfdən gələn avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər əzilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!