9 İyul, 2019
Bakıda 18 yaşlı gənc küçədə qarət olundu

Bakıda yeniyetmə oğlan qarət olunub.  Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 134 saylı ünvanın qarşısında baş verib. Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Azadəliyev Murad Elxan oğlu tanışı Azər adlı şəxs tərəfindən təzyiqlərə məruz qalıb. Həmin şəxs M.Azadəliyevə hədə-qorxu gələrək onun "Samsung S-9" markalı telefonunu alaraq hadisə yerindən uzaqlaşıb. Faktla bağlı polis araşdırmalara başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!