8 İyul, 2019
Gəncədə 5 otaqlı ev yanıb

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 112 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən Simsar.az - a verilən məlumata görə, yüksək temperaturdan evin plastik qapı və pəncərəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!