6 İyul, 2019
Abşeronda maşın gölə düşüb, xəsarət alan var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Saray qəsəbəsindən Novxanıya gedən yolda qeydə alınıb. Rauf İbrahimovun idarə etdiyi "Mitsubişi" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı gölə düşüb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. Minik avtomobili qaldırıcı kranla sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!