6 İyul, 2019
Atdan yıxılıb öldü - GORANBOYDA

Goranboy rayon sakini atdan yıxılaraq ölüb. Hadisə rayonun Erkəc kəndi ərazisində baş verib. Rayonun Qarasüleymanlı kənd sakini, 1954-cü il təvəllüdlü Mehdiyev Mehdi Ağamməd oğlu Erkəc kəndindəki Qulandağ adlanan ərazidə mal-qara otararkən atdan yıxılıb. M.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!