6 İyul, 2019
Hərbi hissədə bədbəxt hadisə:iki hərbi qulluqçu ölüb

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!