6 İyul, 2019
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. İlkin məlumatlara əsasən, iyulun 6-da saat 03:05-də Astara stansiyasından 25 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Maqnitudası 3.2, dərinliyi 16 km olan zəlzələ hiss olunmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!