5 İyul, 2019
Bakı-Quba yolunda maşın aşıb, xəsarət alan var

Bu gün günorta saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1963-cü il təvəllüdlü Adil Babayevin idarə etdiyi "Hyundai" markalı maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!