5 İyul, 2019
Gürcüstanda nazir müavini istefaya gedir

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Qiorqadze istefa vermək qərarına gəlib.  Bu barədə nazir müavini özünün Facebook səhifəsində yazıb. O, istefasını özəl sektora qayıtmaq istəməsi ilə əlaqələndirib. "Dostlar, bilirsiniz ki, mən beş il öncə mədəniyyət naziri olmuşam və enerjimi öz ölkəmin inkişafına həsr etmişəm. Bu gün mən vəzifəmi tərk etmək və özəl sektora qayıtmaq barədə qərar qəbul etmişəm", - deyə M. Giorgadze bildirib.(apa)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!