5 İyul, 2019
İraq vətəndaşı Bakıda öldü

Bakıya turist kimi gələn İraq vətəndaşı ölüb. Nəsimi rayonu, M.Araz küçəsində yerləşən "Ramada" otelində qalan 1963-cü il təvəllüdlü Heydər Abdulhüseyn özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb və orada vəfat edib. İlkin araşdırma zamanı turistin mədə-bağırsaq qanaxmasından öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!