5 İyul, 2019
Elmar Məmmədyarov perulu həmkarı ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Peruya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Nestor Popolizio və Konqresin prezidenti Daniyel Salaverri ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib. Rəsmilər ikitərəfli əlaqələrin inkişafını, regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!