5 İyul, 2019
34 yaşlı kişi bıçaqlanıb - BAKIDA

Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26. ünvanında qeydə alınıb. Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Ağahüseyn Hüseynov qısqanclıq zəminində 2000-ci il təvəllülü Fərid Quluzadə tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırıb, həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. F.Quluzadə saxlanılıb. Faktla bağlı Cinayət ,Məcəllləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!