4 İyul, 2019
Bakıda bədbəxt hadisə - fəhlənin başına daş düşdü

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib. Hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!