4 İyul, 2019
Bakıya yeni hərbi prokuror təyin edilib

Bakıda yeni hərbi prokuror təyin edilib. Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub. Bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.Ə(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!