4 İyul, 2019
Türkiyə ordusu şəhid verib

Türkiyənin Siirt vilayətinin Eruh rayonu ərazisində PKK terrorçuları ilə bölgədəki təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Terrorçuların hücumu nəticəsində 3 hərbçi yaralanıb. Onları Siirtdakı dövlət xəstəxanasına çatdırsalar da hərbçilərdən biri şəhid olub. Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyatlar davam edir.//AzərTAC

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!