3 İyul, 2019
Boliviya Prezidentindən Trampa: Digər xalqlara hörmət et

Boliviya Prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı digər xalqlara insani yanaşma sərgiləməyə çağırıb. E.Morales bunu jurnalistlərin “D.Trampa nə məsləhət verərdi” sualına cavab olaraq deyib.

O bildirib ki, dünyada dominantlıq etməyə çalışan ölkə ilə üz-üzəyik: “Əgər Trampa məsləhət verə biləriksə, qoy dünya xalqlarına və bütün ikitərəfli münasibətlərə hörmət etməyi öyrənsin. ABŞ isə dövlət olaraq insan haqları və ətraf mühitin mühafizəsi ilə bağlı sənədləri təsdiq etsin”.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!