3 İyul, 2019
Yanğınla bağlı universitetidən AÇIQLAMA

Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub. UNEC-dən Simsar.az - a verilən məlumata görə, yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!