3 İyul, 2019
Zakir Həsənov rusiyalı həmkarına başsağlığı verib

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb. Başsağlığında deyilir:

“Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!