3 İyul, 2019
Bakıda bu küçələrdə işıqforlar işləmir

Hazırda Bakının bəzi küçələrində işıqforların işində problem yaranıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, bu, elektrik təchizatının kəsilməsi ilə əlaqədardır. Belə ki, hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!