3 İyul, 2019
Hava limanı yolunda qəza tıxaca səbəb olub

Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib. O qeyd edib ki hadisə ilə əlaqədar olaraq qəza yerinə yaxın yolda bir hərəkət zolağı baglanib.

Yolda avtomobillərinin sürəti 20 km/saata endirilib. Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub. Qısa vaxtda qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!