2 İyul, 2019
48 yaşlı kişi evində ölü tapıldı

Lənkəranda evdən meyiti tapılıb. Hadisə Liman şəhəri ərazisində baş verib. Şəhər sakini, 1971-ci il təvəllüdlü Səbahəddin Rəhim oğlu Bağırov yaşadığı evdə ölü tapılıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Onun ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!