2 İyul, 2019
Əməkdar artist ürəyindən əməliyyat olunub

Əməkdar artist Vidadi Həsənov xəstəxanaya yerləşdirilib. Bu barədə aktyor Amid Qasımov xəbər verib. Onun sözlərinə V.Həsənov ötən gecə ürəyində yaranmış problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Aktyor dərhal əməliyyat olunub və onun ürəyinə stend qoyulub. Aktyor hazırda xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti stabildir.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!