2 İyul, 2019
Bu il Azərbaycanda 3727 zəlzələ olub

“Bu ilin 6 ayında ölkə ərazisində 3727 təkan olub”. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, bu təkanların 42-sinin maqnitudası 3.3-dən böyük, 13-ü isə hiss olunan zəlzələlər olub: “Ən güclü zəlzələ fevralın 5-də Şamaxı, Ağsu və İsmayıllı ərazisində baş verib. Onun da maqnitudası 5.2, dərinliyi 8 km, gücü isə 6 baldan artıq idi. Bu zəlzələdən sonra Şamaxı-Ağsu-İsmayıllı bölgəsində seysmik aktivlik qeydə alınıb”.

Q.Yetirmişli əlavə edib ki, hazırda ölkə ərazisində seysmik aktivlik fon səviyyəsindədir: “Hər gün təkanlar olur, amma zəif təkanlardır, hiss olunmur. 3 gün öncə Xəzərdə, Qazaxıstan tərəfdə zəlzələ qeydə alınıb, o da hiss olunmamışdı”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!