2 İyul, 2019
Şimal bölgəsinə qar yağıb

Şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb. Bölgədə yağıntı normadan artıq düşüb. Qubanın bəzi yaşayış məntəqələrində 12 saat ərzində düşən yağıntının miqdarı 30 mm ötüb. Bu da xüsusi təhlükəli meteoroloji hadisə kimi qeydə alınıb. Yağıntının çox yağması çaylarda da suyun səviyyəsini 50-70 sm  artırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!