2 İyul, 2019
Balakəndə 4 otaqlı ev yanıb

Balakəndə 4 otaqlı ev yanıb.  Fövqəladə Hallar Nazirliyindən Simsar.az - a verilən məlumata görə, rayonun Gərəkli kəndində ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!