1 İyul, 2019
Oxu.Az 6 yaşını qeyd edir

Bu gün Oxu.Az xəbər portalı altı yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb. 24 saat fəaliyyət göstərən sayt Azərbaycan və rus dillərində gündəlik 200-250 material dərc edir. Saytın aylıq unikal oxucu sayı 1,5 milyona, səhifələnmə sayı isə 31 milyona çatır. Oxu.Az-ın gündəlik izləyici sayı 350 mini ötür. Gündəlik səhifələnmə isə 1 milyondur. Həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!(yeniavaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!