1 İyul, 2019
Sabah Günəş tutulması olacaq

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək. AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!