1 İyul, 2019
"Diqlas" ticarət mərkəzi sökülür - FOTO

Bakıda yanan "Diqlas" ticarət mərkəzinin sökülməsinə başlanıb. Artıq bir neçə gündür ki, ticarət mərkəzinin söküntüsü həyata keçirilir. Ərazidə iş aparan şirkətdən APA-ya bildirilib ki, söküntü işləri sentyabr ayınadək yekunlaşacaq. Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!