1 İyul, 2019
V qrup üzrə qabiliyyət imtahanları keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları keçirəcək. Mərkəzdən bildirilib ki, qabiliyyət imtahanları iyulun 1-dən 14-dək davam edəcək.  İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq. Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!