29 İyun, 2019
Sabirabadda ağır yol qəzası - 1 nəfər öldü

Sabirabad rayonunun Qaratəpə kəndində “Daewoo” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!