28 İyun, 2019
Ermənistan hərbçisi bıçaqlanıb

Ermənistan Müdafiə Nazirliyinin müqavilə əsasında xidmət edən 25 yaşlı hərbçisi ürək nahiyəsindən bıçaqlanıb.  Məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, hadisə Ermənistanın Armavir vilayətinin Şaumyan kəndində baş verib. 5 gənc kəndli hərbçiyə irad tutublar. Bundan sonra onlar arasında mübahisə yaranıb. Onlardan biri hərbçini bıçaqlayıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!