8 İyun, 2011
Temperatur 30 dərəcəyə çatacaq

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. 

Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!