28 İyun, 2019
Məcburi köçkün intihar etdi

Bakıda intihar olub. Hadisə paytaxtın Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında qeydə alınıb. Orada məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün, 1983-cü il təvəllüdlü Pərviz Fikrət oğlu Həsənov sanatoriyanın damındakı borudan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!