28 İyun, 2019
Trampla Putin görüşüb

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

*** 10:24

Yaponiyanın Osaka şəhərində “Böyük-20”liyin (“G-20”) zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilir.

Məlumatı RİA "Novosti” yayıb. “Danışmaq üçün çox məsələ var. Bütün mövzular müəyyənləşdirilib”,- görüşün əvvəlində V.Putin bildirib.

D.Tramp da öz növbəsində ticarət və tərk-silah məsələləri də daxil olmaqla müzakirə edəcəkləri çoxsaylı mövzunun olduğunu vurğulayıb: “Bizim çox maraqlı müzakirəmiz olacaq”.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!